Xos Geldiniz
   
  YARDIM Xeyriyye Fondunun Web Sayti
  Əsas Səhifə
 
Tecili

Təcili Kömək Lazımdır

 

Salam! Göydə Allaha, yerdə Sizlərə ümid bəsləyərək, sizə müraciət edirəm. Güman edirəm ki, çağırışımı cavabsız qoymayacaqsınız. Sizə müraciət edən Ağayeva Günel Adil qızıdır. Səbəbim isə xalam Şirinova Sevil Hidayət qızının vəziyyətinin pis olmasıdır. 40 yaşı var. Həkimlərin qoyduğu reyna diaqnozuna görə onun aşağı ətraflarında qan dövranı pozulub. Artıq bir ayağında qan dövranı dayanıb. Tezliklə cərrahiyə əməliyyatı olmalıdır. Yoldaşı yoxdur, bir övladı var. Imkansızdır. Bizlərin olan imkanı ilə isə yalnız onu cərrahiyə əməliyyatına qədər saxlamaq mümkündür.
Əgər Tezliklə cərrahiyə olunmasa iki ayağı da kəsilməlidir. Çox xahiş edirik ki, müraciətimizi cavabsız qoymayasınız. Tələb olunan məbləğ 1500 AZN. Xahiş edirik, mümkündürsə köməklik göstərin və ya digər hansı yerə müraciət edə biləriksə bizə məsləhət verin. Ümidimiz Sizlərədir. Cavabınızı səbirsizliklə gözləyirik. Köməyinizi bizdən əsirgəməyin. Allah Sizlərə kömək olsun. Və imkan dairəsində Sizlərdə bizə!
Hörmətlə, A.Günel.
Tel: (012) 428 08 30
Tel: (050) 558 58 72

 

Allahtala bütün yardım göstərən insanların yardımcısı olsun. Mənim adım Vüqardır.Həyat yoldaşım qaraciyər serozu idi. Türkiyədə əməliyyat olundu. Onun qaraciyərini tamamilə götürüblər məndən 520 gram kəsib ona əməliyyat ediblər onun öz qaraciyəri yoxdur men sizdən kömək istəyirəm.

Hörmətlə, Vüqar.
Tel: (050) 327 80 30
Tel: (050) 373 59 29



YARDIM” Xeyriyyə Fondu 7 oktyabr 2006-cı ildə GSMWAP.NET  saytlar qrupunun köməkliyi və birgə əməkdaşlığı sayəsində yaradılıb. Bu fondu yaratmaqda əsas məqsədimiz bizim fonda və GSMWAP.NET  saytlar qrupunun saytlarından yığılan gəlirləri xeyirli məqsədlər üçün istifadə etməkdir. Əsas məqsədimiz Kimsəsizərə, Valideyinlərindən məhrum olanlara, Ehtiyacı olanlara, Yaşlılara, Əlillərə, Müalicəyə və Əməliyyata ehtiyacı olanlara yardım etməkdir.

 

 

Artıq bu yolda bir çox addımlar atılır. Gələcəkdə öz əlaqələrimizi genişləndirmək haqda layihələr hazırlayırıq.

 

 

GSMWAP.NET   saytlar qrupu 13 dekabr 2006-cı ildə “YARDIM” Xeyriyyə Fondunun web saytını hazırlayıb sizlərə təqdim etdi. Saytımız Yeni açıldığına görə bəzi bölmələr tam hazır deyil və hazırlanmaq üzrədir.  

 

 

Əgər SİZ də bizə qoşulmaq və ya yardım etmək istəyirsizsə o zaman bizimlə əlaqə yarada bilərsiz.

 

 

Yardım XF


Xos Geldiniz
 
   
 
Bakililar.az Top Siteswap.Qeydiyyat.Az Smsaz top.SUMQAYIT Azerinter.net

GSMWAP.NET © CopyRight 2oo4 - 2oo6 ®