Xos Geldiniz
   
  YARDIM Xeyriyye Fondunun Web Sayti
  YARDIM 1
 
Tecili

Təcili Kömək Lazımdır

 

Salam! Göydə Allaha, yerdə Sizlərə ümid bəsləyərək, sizə müraciət edirəm. Güman edirəm ki, çağırışımı cavabsız qoymayacaqsınız. Sizə müraciət edən Ağayeva Günel Adil qızıdır. Səbəbim isə xalam Şirinova Sevil Hidayət qızının vəziyyətinin pis olmasıdır. 40 yaşı var. Həkimlərin qoyduğu reyna diaqnozuna görə onun aşağı ətraflarında qan dövranı pozulub. Artıq bir ayağında qan dövranı dayanıb. Tezliklə cərrahiyə əməliyyatı olmalıdır. Yoldaşı yoxdur, bir övladı var. Imkansızdır. Bizlərin olan imkanı ilə isə yalnız onu cərrahiyə əməliyyatına qədər saxlamaq mümkündür.
Əgər Tezliklə cərrahiyə olunmasa iki ayağı da kəsilməlidir. Çox xahiş edirik ki, müraciətimizi cavabsız qoymayasınız. Tələb olunan məbləğ 1500 AZN. Xahiş edirik, mümkündürsə köməklik göstərin və ya digər hansı yerə müraciət edə biləriksə bizə məsləhət verin. Ümidimiz Sizlərədir. Cavabınızı səbirsizliklə gözləyirik. Köməyinizi bizdən əsirgəməyin. Allah Sizlərə kömək olsun. Və imkan dairəsində Sizlərdə bizə!
Hörmətlə, A.Günel.
Tel: (012) 428 08 30
Tel: (050) 558 58 72

 

Bu İnsanlardan Köməyinizi Əsirgəməyin Onlara YARDIM Edin və yaxud Bizimlə Əlaqə Saxlayın: yardim@box.az

 

 

 
 
   
 
Bakililar.az Top Siteswap.Qeydiyyat.Az Smsaz top.SUMQAYIT Azerinter.net

GSMWAP.NET © CopyRight 2oo4 - 2oo6 ®

This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free